İ.Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunan Patrick Hickey həbs edilib

Patrick Hickey Əliyev ailəsi ilə

“Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey Rio-de-Janeyroda həbs edilib”, Braziliya mediası xəbər verir.

Məlumata görə Patrick Hickeyin həbsi, “Olimpiya biletlərinin qeyri-qanuni satışı” ilə bağlıdır.

“71 yaşlı Hickey biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir”,  məlumatlarda deyilir.

Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.

Polisin bildirdiyinə görə, onlar Hickeyi həbs etməyə gələndə o, qaçmağa cəhd edib.

Hickey həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Bakıda keçirilən ilk Avropa Oyunları onun ideyası hesab olunur.

Patrick Hickey 2015-ci ildə İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunub.

Patrick və İlham Əliyev