Keçmiş deputat, bir müddət əvvələ qədər Almaniyada mühacirətdə, indi isə Azərbaycanda həbsdə olan Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevaya qarşı cinayət işi açılıb.Bu barədə Əkriminal press” saytı məlumat yayıb.
Məlumatda deyilir ki, Nəsimi Rayon Polis İdarəsində Abdullayeva Zeynəb Bayraməli qızına qarşı cinayət məcəlləsinin 326.1 (Rəsmi sənədləriştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətləoğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.Ötən gün isə Nəsimi Rayon Məhkəməsində hakim ŞəlaləHəsənovanın sədrliyi ilə Zeynəb Abdullayeva barəsində istintaq altında olan zaman həbs-qətimkan tədbirinin seçilib-seçilməməsi müzakirə olunub və məhkəmə prosesi avqust ayının 17-nə kimi təxirə salınıb.Hüseyn Abdullayev bu ilin aprel ayının 21-də Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.