Hülya Avşar “HDP” tərəfindən namizəd kimi verilib

Növbəti, 1 Noyabrda Türkiyədə keçiriləcək erkən parlament seçki üçün Hüquqların Demokratik Partiyası (HDP) tərəfindən Ali Seçki Şurasına (YSK) verilən siyahıda İstanbul 1-ci Bölgə 9-cu sırada Hülya Avşar adının olması həyəcana səbəb olub.

Hülya-Avşar-nereli
Ankarada yerləşən HDP Baş Qərargahı Mətbuat Bürosu ilə çox sayda adam telefonlaəlaqə yaradaraq, siyahıdakı adın doğruluğunu təsdiq etməyə çalışıb. Mətbuat Bürosu, siyahıdakı Hülya Avşar adının ad oxşarlığı olduğunu birinci bölgə 9-cu sırada olan namizədin, lisey məzunu və sənədlərdə sərbəst peşə sahibi kimi keçdiyini bildirib.

HDPNİN namizədi Hülya Avşarın əvvəlki seçkidə də 1-ci bölgədən namizəd namizədi olduğu bildirildi.

Elnur ORUCLU