Milli Şura sədri Cəmil Həsənli FB səhifısində hökumətin pensionerlərə pul verməmək üçün onlara qarşı hazırladığı yeni fırıldaq barədə yazıb:
“Hökumət indi də mövcud əmək pensiyalarının azaldılmasına tələ qurur. Bilirsiniz ki, ökədə 1 milyon 330 min əmək pensiyaçısı var. Bir neçə ilə öncə xalqın rifahını yaxşılaşdırmaq” adı altında keçirilən islahat faktiki olaraq əmək pensiyalarının 2 dəfə azalmasına gətirib çıxardı. Yəni, eyni vəzifədə işləyib “islahatdan” sonra pensiyaya çıxan vətəndaşlar, islahatdan öncə pensiya çıxan vətəndaşlardan
Bu “yeni qaydalar” maliyyə böhranı şəraitində onsuz da simvolik məbləğə yaxınlaşmış pensiyaları artırmaq üçün deyil, vətəndaşların hazırkı pensiyalarını azaltmaq üçün yeni bir tələdir və əhali onun acınacaqlı nəticələrini yaxın vaxtlarda görəcəkdir. 2018-ci ilin dövlət büdcəsində sosial xərclərin azaldılması da məhz, buna hesablanıb.”