Hindistanda bir sakini diri-diri asfaltladılar-VİDEO

Hindistanda bir kişini diri-diri yerə asfaltlayıblar.
 istanbulda_her_yol_asfalt_1311589763
Hadisə Hindistanın Madhya-Pradeş ştatında baş verib. 45 yaşlı Latori Barman həyat yoldaşı ilə alış-verişə yollanıb. Həyat yoldaşı valideynlərinin evində qaldığından Latori fürsətdən istifadə edərək yalnızlığını içki ilə qeyd edib. Odur ki, evinə qayıdarkən sərxoş vəziyyətdə olub. Evinin yaxınlığında özünü tamamilə itirən Latori asfaltlanacaq yolda yıxılayıb. Səhər işə gələn fəhlələr yatmış Latorini görməyib və yolu asfaltlayıblar.
Xebername.info, publika.az-a istinadən xəbər verir ki, həyəcan təbili çalan isə yerli sakinlər olub. Onlar yolun ortasında asfaltdan çıxan insan əlini görüblər. Hadisə yerinə dərhal polis çağrılıb. Yolda təmir işlərini aparan şirkət rəhbərliyi, o cümlədən sürücü və fəhlə artıq həbs olunub. Onlar insan ölümündə günahkar bilinir.
Bu faktın maraqlı tərəflərindən biri də təmir aparan şirkətin bu ölümə görə ödədiyi kompensasiyadır. Belə ki, Latorinin ailəsinə 50 min rupi (təqribən 800 manat – red.) kompensasiya ödənilib.
Elnur ORUCLU