AXCP sədri Əli Kərimli Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsinə münasibət bildirib. AXCP sədri mövzu ilə bağlı feysbuk səhifəsində yazır:
“İflas iflas dalınca gəlir. Beynəlxalq Bankın ardınca hakimiyyətin xarici siyasəti də iflas etdi.
Rusiyaya (köhnə silahlarını almaq bəhanəsilə) 5 milyard dollar pul vermişdilər, hər dediyinə “bəli, baş üstə” demişdilər, düşmən Ermənistanı ən müasir silahlarla silahlandırmasına susmuşdular, Moskvadan gələn təlxəyi də böyük hörmətlə qarşılayırdılar və bütün bunların sonunda Rusiya hakimiyyəti Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etdi.
Şübhəsiz ki, bu sıradan bir hadisə deyil və Azərbaycan hakimiyyətinin Rusiyayönümlü xarici siyasətinin iflasıdır. Heç olmasa, indi səhvinizi anlayın. Azərbaycan Rusiyanın kölgəsindən çıxmalı, özünə etibarlı müttəfiqlər tapmalı, sivil dünyaya inteqrasiya olmalıdır”.