Türkan Dadaşbəyli qardaşıgilin işi üzrə məhkəmə keçirilən dövrü belə xatırlayır: “O dövrdə Ənvər Seyidov valideynlərə məhkəmənin qarşısında dedi ki, uşaqlar günahsızdırlar. Ənvər Seyidov dedi ki, ittihamın saxta olduğunu bilir. Heyf ki, biz onun səsini o dövrdə yazmadıq. Hamı bilirdi ki, ittiham başdan ayağa saxtadır, şoudan başqa bir şey deyil. Məktəb uşağı həmin ittiham aktını oxusaydı, biləcəkdi ki, bu nağıldır. Bir-birinə uyğun olmayan fikirlərin toplusudur. Yazırlar ki, Səidgil filan işi etmək istəyiblər, amma edə bilməyiblər. Yazırlar ki, Səidgil filan-filan işləri də görmək istəyiblər, amma yatıb qalıblar, o işləri də görə bilməyiblər. Həmin ittiham aktını oxuyan, bir balaca savadı olan hər kəsə aydın olar ki, ittiham aktı uydurmadır. Ənvər Seyidov da həmin uydurmalara öz hökmü ilə don geydirmiş bir hakimdir. Onun haqda ədalətli, vicdanlı demək olmaz. Həmin ittiham aktını Novella Cəfəroğlugil araşdırdılar, dedilər ki, bu işdə 150 qanun pozuntusu var. Ənvər Seyidovun 2 oğlu var. Hamı kimi övladları da gec-tez atalarının vicdansız bir hakim olduğunu biləcəklər”.
Related Posts
DİN: Yasamalda 11 nəfər saxlanılıb
- admin
- 08/06/2020
- 0
Azərbaycan Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada […]