Hakimiyyətin Mehman Qələndərovun qətlini beynəlxalq ictimaiyyətdən gizlətmək cəhdi alınmadı

Cinayətkarlar adamları öldürərkən cinayətin izlərini itirməyi əsas problem kimi görür. Cinayəti ört-basdır etmək və məsuliyyət daşımamaq, qətlə görə cəzalanmamaq.maxresdefault
Azərbaycanın hüquq-mühafizə və məhkəmə sistemi məhz bu qaydalarla yaşayır və hərəkət edir.
Cinayəti ancaq müvəqqəti gizlətmək olar, gec ya tez bütün cinayətlər məlum olur.
Mehman Qələndərovun qətli barədə beynəlxalq ictimaiyyət dərhal məlumatlandırıldı və hər gün qatilləri tapmaq tələbləri səslənir.
Artıq mayın 3-də ABŞ Dövlət Departamenti xüsusi bəyanat verib və Mehman Qələndərovun qatillərinin tapılmasını istəyib.

United States Calls for Investigation Into Death of Mehman Galandarov – https://www.state.gov/r/pa/prs/ps/2017/05/270623.htm

Qeyd etmək vacibdir ki, prezident Donald Trampın gəlişindən sonra bu ABŞ Dövlət Departamentinin insan haqlarının pozulması ilə bağlı ilk bəyanatıdır!
İlk bəyanat məhz Azərbaycanla bağlıdır!!

Bu onun parlaq sübutudur ki, ABŞ-da lobbiçilərin ələ alınması üçün xərclənən milyonlar, Azərbaycanın Vaşinqtondakı səfiri Elin Suleymanovun müvafiq şirkətlərə pul ödənilməsi ilə bağlı imzaladığı bütün müqavilələr darmadağın oldu.
Azərbaycanda insan haqlarına qarşı cinayətlər Vaşinqtonda diqqətlə izləniləcək. Buna tam əmin oldum!!
Mayın 4-də AŞPA və Avropa Parlamentində vacib bəyanatlar verildi.
Azərbaycan üzrə AŞPA məruzəçiləri, avstriyalı deputat Stefan Şenak (Stefan Schennach, Austria, SOC) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda Romania, EPP/CD) Azərbaycan hakimiyyətini Mehman Qələndərovun həbsdəki ölüm səbəblərinin dərhal araşdırılmasına çağırdılar.
Öz növbəsində AŞPA-nın İnsan haqları komitəsinin rəhbəri, belçikalı deputat Alan Destex (Alain Destexhe) M.Qələndərovun həbsdə ölümünün araşdırılması tələbi ilə Azərbaycanın Ədliyyə Nazirliyinə xüsusi müraciət göndərib.
Rapporteurs call for investigation into the death in prison of Azerbaijani blogger. – http://assembly.coe.int/nw/xml/News/News-View-EN.asp?newsid=6631&lang=2&cat=9
Avropa Parlamentinin insan haqları komitəsinin rəhbəri cənab Panzeri (Mr Panzeri) xüsusi bəyanatla çıxış edərək M.Qələndərovun ölümünün dərhal araşdırılmasına çağırdı.
Mənə cənab Panzerinin çıxışının italyan və ingilis dillərində mətnini göndəriblər. Aşağıda ingiliscə olan mətni təqdim edirəm.
Diqqət yetirin, öz müraciətində Avropa Parlamentinin İnsan haqları komitəsinin rəhbəri qeyd edir ki, Mehman Qələndərov tərəfimizdən “vicdan məhbusu” kimi tanınıb və xüsusi olaraq “vicdan məhbusunun” ölümündə günahkar olanların üzərində məhkəmə qurulmasının zəruriliyi qeyd edir.

ENGLISH

According to media reports and, as subsequently confirmed by the authorities, on April 28, 2017, Mr Mehman Galandarov, a well-known blogger committed suicide by using his bed sheet to hang himself in his cell, in Baku Investigative Prison No. 1, Kurdakhany. Mr Galandarov was regarded as an Azerbaijani prisoner of conscience by several competent NGOs. We call on the authorities to do everything possible to clarify the circumstances of his death by a truly independent, thorough and impartial investigation. Any individuals who may have had any responsibility for his death (by negligence or any other action) must be brought to justice in a fair and transparent process. It is regrettable that the body of the deceased activist was not given out to his relatives who also deserve to know the truth in full detail.

Bu gün, mayın 5-də ABŞ və Avropanın aparıcı strukturları Mehman Qələndərovun ölümünün araşdırılmasını tələb ediblər. Araşdırmalarını və ətraflı hesabatlarını hazırlayan beynəlxalq hüquq müdafiə təşkilatları ilə daimi əlaqədə oluram. Tezliklə biz bu sənədləri də əldə edəcəyik.
Avropa Məhkəməsinin 2005-ci ilin martın 2-də qətlə yetirilən Elmar Hüseynovun qətlinin araşdırılmaması ilə bağlı qərar və dərhal onun ardınca AİHM-nin 2006-cı ilin dekabrın 3-də Mahir Mustafayevin həbsdə ölümünün araşdırılmaması ilə bağlı qərar bizim Sülh və Demokratiya İnstitutuna Azərbaycan həbsxanalarının “ölüm düşərgələrinə” çevrilməsi ilə bağlı xüsusi hesabat hazırlamağa imkan verir.

5 may 2017-ci il
Leyla Yunus