Hakimiyyətin diktatura sevgisi: Dövlət başçısı özünü ölkənin prezidenti kimi yox, şahı, kralı kimi aparır

 

Diktatorları bir- birinə bağlayan olduqca fərqli həm də çoxlu oxşar məqamlar var. Onların əksəriyyəti hakimiyyətə hərbi çevriliş, silahlı qiyam, qeyri-qanuni yollarla, xalqın qanı üzərindən gəlirlər. Hakimiyyətdə olduqları dönəmdə ölkədə insan haqlarını, söz- mətbuat azadlığını boğur, əsk fikirliliyə aman vermirlər. Süni şəkildə şəxsiyyətə pərəstiş mühiti yaradılır. Həbsxanalar günahsız ictimai- siyasi fəallarla doldurulur. Siyasi partiyalar ya fəaliyyət göstərmir, ya da onların fəaliyyəti formal xarakter daşıyır. Hakimiyyət bir əldə cəmlənir, avtorutar idarəetmə hökm sürür. Hakimiyyət qapıları müxalifətin üzün bağlanır. Ölkənin bütün varidatı hakim ailənin və onların yaxın ətrafının sürətlə varlanmasına xidmət edir.img-20160819-wa0046

Maraqlıdır ki, diktatorlar uzun müddət hakimiyyətdə qalmağa çalışırlar. Bunun üçün hər şeyə gedirlər. Ölkədə qan tökürlər, topladıqları varidatın müəyyən hissəsini xarici havadarlarına verirlər. Məsələn, Qəddafı ona himayədarlıq edən Fransanın keçmiş prezidenti Sarkozinin hakimiyyətə gəlməsi üçün böyük həcmdə pul xərclədiyini qərb mətbuatı vaxtaşırı yazırdı. Bu qisim hökmdarların çoxu özünü şah, kral kimi aparır və onların çoxu hakimiyyətdən xalqın gücü ilə, zorla devrilir və sonda bütün varidatları ilə bərabər öz canlarını da qoruya bilmirlər.

Burda diqqətimizi çəkən məsələlərdən biri təbii ki, ölkəmizlə bağlı bir məqamdır. Adı yuxarıda qeyd olunan diktatorlara qarşı xalq inqilabları baş verəndə bizim televiziyalarımız və hakimiyyətin nəzarətində olan media orqanları bu xəbərləri çox xəsisliklə, təəssüf və narahatlıqla təqdim edirlər. Sanki devrilən Mübarək, Qəddafi, Yanukoviş deyil, Əliyev rejimidir. Çox maraqlıdır: bu narahatlıq və diktatorlara məhəbbət hardan yaranır?

Maraqlıdır ki, diktatorlara olan bu sevgi təkcə hakimiyyət mediası ilə məhdudlaşmır, eyni zamanda hakimiyyətin özü ilə davam edir. Qısa araşdırma apardıq və məlum oldu ki, sən demə dünya diktatorlarına qarşı Əliyev rejiminin dərin məhəbbəti var imiş. Məsələn, xatırlayırsınızsa dünyanın demokratik ölkələrinin məşhur ictimai- siyasi xadimlərinə ehtiram göstərib onları yada salmadığı halda bizim hökümət Bakıda- Xırdalanda Hüsnü Mübarəkə heykəl qoymuşdu. Hətta Hüsnü Mübarək Misir xalqına qarşı qətliam törədəndə, hakimiyyətdən devrildikdə belə həmin heykəl yerində idi. Nəinki yerində idi, sonradan məlum oldu ki, hökümətimiz xüsusi polis ayırıb ki, həmin heykəli qorusun.

İlham Əliyev 2008-ci ildə 9 oktaybr seçkilərindən ilk sonra rəsmi səfərini digər diktatorun əlini sıxmaq üçün Belorusiyaya getdi və dara düşmüş, əli aşağı olan dostu Lukoşenkoya böyük maddi dəstək göstərdi. Bu bir reallıqdır. Deyirlər dostunu göstər mənə, sənə kim olduğunu deyim. Əgər bu insanlar ancaq diktatorlarla, avtoritar rejim tərəfdarları ilə oturub durursa onda adları bəllidir: bunlar da diktatorlardır. Sual verə bilərsiniz: bizim rejim həqiqətənmi diktaturadır?

Cavab sadədir. Azərbaycanda faktiki olaraq 1969- cu ildən hakimiyyətə gələn, ata Əliyevdən oğul Əliyevə ötürülən bu sülalə rejimi də mahiyyət və idarəetmə baxımdan diktatorluq üzərində qurulub. Yuxarıda qeyd etdiyimiz, diktatorluq xüsusiyyətlərinə malik olan hallar hazırda ölkəmizdə mövcuddur; Hakimiyyət bir qrupun əlində cəmləşib və zor gücünə idarə olunur. Ölkənin var- yoxu bir ailəyə və onların yaxın ətrafına mənsubdur. Fərqli fikirliyə yer yoxdur, insan haqları, söz- mətbuat azadlığı kobud şəkildə boğulur, həbsxanalar dinc, günahsız ictimai- siyasi fəallarla doludur. Korrupsiya və özbaşınalıq, məmur harınlığı baş alıb gedir. Dövlət başçısı özünü ölkənin prezidenti kimi yox, şahı, kralı kimi aparır. Bəlkə doğrudan da kraldır ona görə

 Raqif   Məlikov                                                                                                     6.11.2014