“Hakimiyyətin apardığı avantürist pambıq siyasəti artıq iflasa uğrayıb”

Vahid Məhərrəmov

DSK-nın məlumatına əsasən, bu günə kimi 136 min hektar sahədən 24 min ton pambıq tədarük olunub. Bu o deməkdir ki, 1 ay ərzində hər hektar sahədən orta hesabla cəmi 176 kiloqram pambıq yığılıb. Bu həm də o deməkdir ki, bu il pambığın məhsuldarlığı keçən ilki göstəricidən xeyli aşağı olacaq. Yeri gəlmişkən, keçən il hər hektar sahədən 17,3 sentner məhsul əladə olunmuşdur. Bu da son 5 ilin ən aşağı göstəricisi idi.

Hakimiyyətin apardığı avantürist pambıq siyasəti artıq iflasa uğrayıb. Daha doğrusu, avantürist hakimiyyətin apardığı pambıq siyasəti tam iflasa uğrayıb.