Azərabycandakı mövcud sosisal-iqtisadi durum göz önünədir. Ölkədə sürətlə sosial probelmlər artır və sosial narazlıqlar formalaşır. Ölkədə baş verənlər insanların , xüsusən gənclərin həyatında bir başa təsirini göstərir. Işsizlik, gəcnlərin narkotik vasitələrdən istifadə və gənclər arasında cinayətkarlıq hallarının artması çoxlıb. Bu məqsədlə düşündü ki, gəncləri siyasi-ictimai aktiviliyinin təmin etmək üçün belə bir təşkilat təsis edək. Beləliklə, Azərbaycan gələcəyi olan gəncliyə töhfə vermiş olarıq. Dunya praktikası subut edirik ki, gənclərin sosial-ictimai aktiv olduğu ölkər sürətlə inkişaf edir. Bu gün azərabcyan gənciliyinin sosiallaşması ölkədə bütün sahələrdə öz müsbət töhfəsini verə bilər. Təşkilatın əsas məqsədi, gənclərin sosial-ictimai həyatda iştirakçılığını arıtırmaq, gənclərin demokratik dünya görüşünün formalaşmasına nail olmaqdır. Gəncliyə biganə münasibət davam edərəsə, ölkənin gələcəyi sual altında olacaq
Ölkədə inkişafı vətəndaş cəmiyyətindən asılıdır. Vətəndaş cəmiyyətinin şəffalığn təmin olunmasında və demokratik islahatların aparılmasında əvəzedilməz rolu var. Bunun üçün hakimiyyət vətəndaş cəmiyyətlə sıx əməkdalıq etməldir. Xüsusən alternativ fikir olmalıdır.
Çox təəssüf ki, bizim ölkəmizdə bunun əkəsini görürük. Hakimiyyət müstəqil və alternatv fikiri düşmənçilik kimi qarşılayır. Bu gün ölkədə yüzlərlə alternativ düşüncə sahib olan insanlar həbsidədirlər. Artıq hakimiyyət alternativ fikiri dövlət çevrilişi cəhd kimi qiymətləndir..
Hakimiyyət tənqidlərdən və alternativ fikirlər bəhrələnmək əvəzinə, insanları cəzaladırmaqla məşguldur. Hakimiyyət beynəlxalq nüfuzunu artrımaq üçün illərlə millyonlarla kapital xərcləmişdir. Lakin sonra məlum olduki, bu siyassət yanlışdır. Beynəlxalq nüfuzun formalaşması üçün kapitala xərcələmək deyil, şəffaf və ədalətli cəmiyyət qurumaq lazımdır. İnsan hüquqlar və azadlıqının təmin olunmasını sözdə deyil, realıqda baş verməsini təmin etməkdir. Bizdə dövlətin bütün resusrları və imkanları hakimiyyətin “qorunmasına” sərf edilir. Kütləvi informaisya vasitələri ancaq bir tərəfli təbligat aparılır.. Gənclərə ancaq “tərif” deməyi öyrədilər və onları inandırıblar ki, sən ancaq bu yolla inkişaf edə bilərsiniz..
İnsanların həyat tərzi yaşadığı mühütlə bağlıdır. Mühütün formalaşmasında hakimiyyətin mühüm təsiri var. Əgər hakimiyyət normal təqnidi fikirlərlə hazirdırsa, onda cəmiyyətin inikşafı qaçılmazıdır. Bu gün Azərbaycan gəncliyinin hansı perpektivi var Azərbaycanda? Gənclər necə töhfə verə bilər,? Əgər bir gənc işləmirsə, vergi verməyəcək, normal təhsil alımırsa normal vətəndaş kimi formalaşmaycaq. Bunun üçün bütün məsuliyyət hakimiyyyətin üzərinə düşür.
Bu gün məmurlar “şəxsi marağlarına” görə ölkədə bütün sahələri iflic vəziyyətinə salıb. İnsanların sərbəst hər hansı bir fəaliyyətlıə məşğul olması üçün imkanlar yox dərəcəsinədir. Kiçik və orta sahibkarlıq məhv edilib, dövlətin gənclərlə bağlı proqramları ancaq kağız üzərindər. Bir iki idmançını maşınla və evlə təmin etmək, kiçik müsbət hadisə olsada bu umumlikdə gənclərin problemlərinin həllinə kömək eləmir. Bu gün yüzminlərə evsiz gənclər var. Onlar iqtsiadi çətinliklər üzündən evlənə bilmir. Bütün gənclər ipoteka krediti əldə etmək imkanı varmı? i? Yox..Bütün bunlar göstərir ki, əskər gənclər dövlətin imkanlarından və xidmtlərindən kənarda qalır. Heç olmasa hakimiyyət azərbaycanın gələcəyi gəncləri düşünməldir.
Xebername.info. 11.06.2015. Bloqer: Nicat Quliyev