Bakının Nobel prospektində “Azure” biznes mərkəzinin qarşısında çox bərbad vəziyyətdə ərazi var
Oranın nə yolu, nə də ki, maşın saxlamaq üçün şəraiti var. Lakin ərazidəki dayanacaqların qiyməti baha olduğu üçün insanlar işə gələrkən maşınlarını həmin yerdə saxlayırdılar.
Altı ay əvvəl burada bir-iki maşın saxlayan var idi. Zamanla orada maşın saxlayanların sayı artdı. Çünki dövlətin dayanacaqlarının saatı 1 manatdır. 8 saat işdə olan adamlar maşını saxlamaq üçün hər gün 8 manat pul ödəməlidirlər. Bu ərazidə isə maşın saxlamaq üçün pul tələb olunmadığı üçün hamı maşını orada saxlayırdı.
Ərazidəki maşınların sayı gün-gündən artırdı. Bu gün gördük ki, Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazini “dayanacağa” çevirib. Çöllü-biyabanın ortasında bir dayanacaq nişanı qoyulub. Əraziyə Parkomat qoymağa hazırlaşırlar. Parkomat üçün artıq yer edilib, anker boltlar bağlanılıb. Bakı şəhər icra hakimiyyəti parkinq üçün yer düzəltmir, yol çəkmir, lakin dayanacaq üçün tamamilə yararsız olan bir yerə parkomat qoyur.
Sabah həmin ərazidə yol polisi radar qoysa heç kim təəccüblənməsin…