Daxili işlər nazirliyi isə polisə haqq qazandırıb. Hazırda hərbi qulluqda olan Tahir Osmanlı Yevlax rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb. T.Osmanlı çavuş vəzifəsində işləyir və bu ilin avqust ayında kirayə yaşadığı mənzildə haqsız yerə şərə düşüb. Hüquqlarını müdafiə etdiyim şəxs şikayət əsasında elə hərbi hissədən götürülərək Yevlax rayon Polis Şöbəsinə aparılıb və şöbədə amansız şəkildə döyülüb. Tahir Osmanlı ilə bir evdə kirayədə qalan hərbiçinin cibində guya 1650 manat pulu olub və avqust ayında həmin pul itib. Pulun həqiqətən otaq yoldaşında mövcud olmasını isə Tahir görməyib. Pulu itən hərbiçi Yevlax rayon Polis Şöbəsinə şikayət edib. Polis əməkdaşları Tahiri hərbi hissədən götürüb şöbəyə aparıblar. Polis şöbəsində iki kapitan və bir mayor tərəfindən amansızcasına döyülüb. Nəticədə Tahir Osmanlı ağır bədən xəsarəti alıb və qabırğaları zədələnib. Bundan əlavə, boynundan da xəsarət alıb və gecəyə qədər işgəncəyə məruz qalıb. Hərbiçini döyən polis əməkdaşlarına qarşı heç bir tədbir görülməyib və valideyinlərinin prokurorluğa etdiyi şikayət də nəticəsiz qalıb. Polisin qanunsuz əməllərindən və Yevlax rayon Prokurorluğunun qərarından məhkəməyə şikayət olunacaq.
Related Posts
“Avropa Birliyi Azərbaycan hakimiyyətinə təzyiqi gücləndirməlidir”
- admin
- 31/05/2018
- 0
“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı Avropa Birliyini Azərbaycanda siyasi məhbus probleminin həlli üçün […]
“26” adlı kafenin sahibi Bakı Dövlət Universitetinin professorudu.
- admin
- 08/09/2017
- 0
“Xəbərnamə.info” bildirir ki, “Qafqazinfo”nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, “26” adlı kafenin sahibi Bakı […]