Həmməruzəçi İlqar Məmmədovla görüşə buraxılmayıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Real Hərəkatinin həbsdə olan rəhbəri İlqar Məmmədovla görüşə buraxılmayıb.

Bu barədə həmməruzəçi özünün twitter mikrobloqunda yazıb.f21008ac-81d5-4f74-9599-83776245ea20_cx0_cy22_cw0_w987_r1_s_r1

Stefan Şennak sentyabrın 26-da Azərbaycanda keçirilən referendumda müşahidə aramasından bəhs edib.

“Ancaq İlqar Məmmədovla qısa görüşmə mümkün olmadı”, həmməruzəçi yazıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həmməruzəçinin REAL Hərəkatının rəhbəri ilə görüşə bilməməsini şərh etməyib.

Stefan Şennak Avropa Şurası Parlament Assambleyasının referendumu qiymətləndirmə missiyası daxilində Azərbaycana gəlmişdi. O, nümayəndə heyəti ilə birgə ölkə başçısı, parlamentin spikeri, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşmüşdü.