“Manchester City”nin futbolçusu Nolitonun anası onunla bağlı şok ittihamlar irəli sürüb
Xəbərnamə.info xarici mətbuata istinadən bildirir ki, ana Roçio Agudo Duran oğlu ilə whatsapp yazışmalarını paylaşaraq oğlunun ona nəlayiq söyüşlər, təhqirlər yazdığını, oğlunun onu küçəyə atdığını dilə gətirib.
Ananın sözlərinə görə, oğlu ona deyib ki, “istəyirsən marketin önündə ilənçilik et, istəyirsən oğurluq et, məni maraqlandırmır”.
Oğlunun həftədə 100 min sterlinə yaxın pul qazandığını deyən ana onun narkotik aludəçisi olduğunu da gizlətməyib. Ana bildirib ki, hazırda yaşadığı evin pulunu belə oğlu ödəməkdən imtina edib : “Heç bir futbolçunun anası yəqin ki mənim günümdə deyil. Satın aldığı evin pulunu da ödəmir oğlum. Hər an iki övladımla küçələrə düşməkdən qorxuram. Hazırda yaşadığım ev iki övlad yetişdirmək üçün uyğun deyil. Rütubətli və evin hər tərəfi siçanlarla doludur”