Həbsdəki MTN generalı intihara cəhd edib.

Elçin Quliyevin özünə qəsd etməsini həbsxana nəzarətçiləri əngəlləyiblərLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəisi, general Elçin Quliyev həbsxanada intihara cəhd edib. Politika.Az bildirir ki, bu barədə jam.az-a etibarlı mənbələrdən məlumat daxil olub.
images (96)
Məlumatda deyilir ki, Quliyev özünü saxlanıldığı kameradan asmaq istəyib. Lakin həbsxana nəzarətçilərinin vaxtında yetişməsi sayəsində, generalın istəyi baş tutmayıb.

Mənbə sabiq baş idarə rəsinin hansı səbəbdən intihara cəhşd etdiyi barədə bilgisiz olduğunu vurğulayıb. O bildirib ki, böyük ehtimalla bu fikrə düşməsinə səbəb həbsxanaya düşməsi ilə barışmamasıdır. Çünki Elçin Quliyevin bir neçə dəfə həbsə düşməsinə dözə bilmədiyi, bunu həzm etmədiyini dilə gətiribmiş.

Xatırladaq ki, MTN işi ilə əlaqədar olaraq həbs olunanlardan biri, Anti-Terror Mərkəzinin sabiq idarə rəisinin müavini İlqar Əliyev də ötən ilin sonlarında həbsxanada intihar edərək, dünyasını dəyişib.