AXCP Şəki şöbəsinin fəalları mayın 28-də Cümhuriyyət Günü ilə əlaqədar şəhərin Şəhidlər Xiyabanını ziyarət edib. Lakin polislər ziyarətə müdaxilə edib və tədbiri pozmağa çalışmışdı. Həmin vaxt şöbənin Gənclər Komitəsinin sədri Samir Həsənov polis tərəfindən saxlanılmışdı. Bir gün sonra isə Şəki Rayon Məhkəməsi onun barəsində 15 sutkalıq inzibati həbs qərarı vermişdi.
Hazırda gənc fəal bununla bağlı apellyasiya şikayəti vermək istədiyinə görə təzyiqlə üzləşib. AXCP Şəki Şöbəsindən bildirilir ki, buna görə Samir Həsənovun valideynlərinə ona sovqat verilməsinə qadağa qoyulub. Şöbədən bildirilir ki, Samirdən apellyasiya şikayətindən imtina etməsi tələb olunur.