Milli Şuranın kordinsiya mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal özünün feysbuk səhifəsində Gürcustan səfəri barədə öz təsüratlarını bölüşüb.
Hüquqşünasın qeydini oxucuramızın nəzərinə çatdırırıq.
Üç ay yarım idi ki, Gürcüstanda idim. Mən Gürcüstandakı demokratik üsul-idarəni gözləriylə görən bir şəxs kimi deyə bilərəm ki, bu ölkə hələ Saakaşvili dönəmindən demokratik institutlar yaratmış bir dövlətdir. 2008-ci ildən etibarən Gürcüstanda addım-addım sistemli şəkildə demokratik təsisatlar təmin olunub. Seçkilərdə demokratiya təmin olunub, hüquq-mühafizə orqanlarında, hakimiyyət qollarında sistemli dəyişikliklər gedib. Gürcüstanda insanlar tam mənada demokratiyaya hazırdılar. Onlar demokratik dəyişikliklərin bəhrəsini görürlər.
Azərbaycandan fərqli olaraq, Gürcüstan icra, qanunverici və məhkəmə hakimiyyətini bərqərar etmiş bir dövlətdir. Hakimiyyətin bütün qolları müstəqil fəaliyyət göstərir. Bu mənada Gürcüstan bizdən xeyli irəlidədir. Insanların şüurunda da demokratik dəyişiklik baş verib.
Əlbəttə, müəyən mənada Gürcüstanda da bəzi problemlər, işsizlik və s.var. Orada da müəyyən narazılıq var. Lakin Azərbaycandan fərqli olaraq bu narazılıq cəmiyyətdən törənmir. Bunlar iqtisadi çətiniklərdən irəli gəlir.
Azərbaycan Gürcüstandan xeyli varlı bir dövlətdir. Ölkmizə neft milyardları gələn zaman bildirirdik ki, köklü islahatlar həyata keçirilməlidir. Bizdə isə büdcə talanıb, məmurlar harınlayıb. Normal rifah şəraiti təmin olunmur. Təqaüdlər bir həftəlik azuqəyə ancaq çatır.
İnsanların çoxu banklara borcludur. Bu banklar isə məmurların himayəsində olan təsisatlardır. Bu mənada Azərbaycanın Avropa ilə əlaqələrində xeyli problemlər var. Avropa təsisatları ölkəmizdən köklü islahatlar gözlədiyi halda, Azərbaycan hakimiyyəti sadəcə imitasiya ilə məşğuldur. Azərbaycanda “ASAN xidmət”dən başqa hansı sahəyə əl atsaq görərik ki, orada MTN və Rabitə Nazirliyində baş verən cinayətlər yaşanmaqdadır. Bu mənada Avropa Azərbaycanı yaxşı tanıyır. Avropa-Azərbaycan münasibətlərində müsbətə doğru dönüş yaratmaq üçün ölkədə ciddi islahatlar həyata keçirilməlidir. Bu baş verməsə Azərbaycanın Avropaya qapısı həmişə belə bağlı olacaq.