Gürcüstanda Daxili İşlər nazirliyində islahatlarda QHT-lər iştirak edəcək

Gürcüstan daxili işlər naziri Giorgi Qaxariya Gürcüstanın insan hüquqları müdafiəçiləri və vətəndaş fəalları ilə görüş keçirib. Yığıncaqda yaxın gələcəkdə QHT-lərin Daxili İşlər Nazirliyinin islahat prosesinə qoşulacağı bildirilib.

Hüquq müdafiəçiləri ilә görüşün əsas mövzularında biri Tbilisidә məşhur şair və tərcüməçi Zviad Ratiani saxlanması olub.

Ratiani dekabrın 24-də gecə Gürcüstan Daxili İşlər Nazirliyinin bir neçə polis məmurunun ölkə daxilində keçirdiyi polis әmәliyyatı zamanı yoxlanılması üçün saxlanılıb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə Ratiani sərxoş olub və polisə qarşı qeyri-etik davranış nümayiş etdirib. Eyni zamanda Ratiani polisin mülki geyimdә olduğunu vә aqressiv davranış sәrgilәdiyini bildirib. Məhkəmə Ratianini xuliqanlıq və polisә müqavimәt göstәrdiyi üçün 2 min lari (772 dollar) cərimə edib.

Eyni zamanda Tiflis prokurorluğu Ratianinin polis tərəfindən zorakılığa mәruz qalmasından ötrü araşdırma başladıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə hüquq müdafiəçilərinin görüşləri müntəzəm keçiriləcək. Növbəti iclas 2018-ci ilin yanvarında iş formatında keçiriləcək.

Qaxariya bu il noyabrın 13-də Gürcüstanın Daxili İşlər Nazirliyinin rəhbəri olub. Bundan əvvəl Qaxariya iqtisadiyyat və davamlı inkişaf naziri işlәyib.

Qaxariya dəfələrlə hərtərəfli islahatlara ehtiyac olduğunu bildirib. Daxili İşlər Nazirliyinin başçısının sözlərinə görə, mərkəzi Cəza Polisi və Patrul Polisinin şöbələrinin işi nəzərdən keçirilməlidir.