Gürcüstan vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız səyahətə başladı.

Martın 28-dən Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayır.

Avropa Komissiyası 2015-ci ilin dekabrında Gürcüstana viza məhdudiyyətlərinin qaldırılmasını tövsiyə etsə də, AB üzvləri arasında danışıqlar keçdi.загружено (4)

Viza rejiminin liberallaşdırılması üzrə danışıqlara paralel olaraq Avropa Parlamenti ilə Avropa Birliyi Şurası vizasız gediş-gəlişin mümkün dayandırılması mexanizmini də müzakirə edib və bu, prosesi yavaşıdıb. Gürcülərin vizasız səyahəti martın 28-dən qüvvəyə minir.

Bu gündən onlar Britaniya və İrlandiyanı çıxmaqla, bütün AB üzvlərinə vizasız gedib-gələ biləcəklər. Bu qayda Şengen zonasına daxil olmayan Norveç, İslandiya, Lixtenşteyn və İsveçrəyə aid deyil.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili Twitter-də “Gürcüstan Avropa ailəsinə qayıdır”, – deyə yazıb.