Baş nazir Kvirikaşvilinin Əfqan Muxtarlının ailə üzvlərinə vətəndaşlıq verilməsi təklifini Gürcüstan prezidenti Georgi Marqvelaşvili razılıqla qarşılayıb. Bu barədə məlumatı prezident aparatının rəhbəri Georgi Abaşişvili verib. Aparat rəhbəri bu məsələni müzakirə etmək üçün Əfqan Muxtarlının həyat yoldaşl ilə görüşəcəyini bildirib.
Abaşişvili artıq sabah bu məqsədlə Muxtarlının ailəsilə bir araya gıləcəyini qeyd edib.
Qeyd etmək lazımdır ki, jurnalistin xanımı Leyla Mustafayeva Gürcüstan vətəndaşlığı almaqdan imtina edib. “Mən yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaq istəmirəm” deyib.