Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilk dəfə ictimaiyyət arasında etiraf edib ki, o bir neçə dəfə vəzifəsindən istefa vermək istəyib. Xəbərnamə.info xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

“Öz gələcəyi haqqında düşünən insan həmişə adi olmayan addımlar barədə düşünür. Gürcüstan prezidenti postunda olduğum müddətdə mən müxtəlif səbəblərlə bağlı bir neçə dəfə istefa vermək barədə düşünmüşəm”, – deyə Marqvelaşvili “Pirveli” telekanalına müsahibəsində bəyan edib.
Marvelaşvili onu da vurğulayıb ki, prezident vəzifəsi yalnız yüksək post və titul deyil, həmçinin inam və məsuliyyət faktorudur.