Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli ölkədə məcburi hərbi çağırışın dərhal ləğv edilməsi haqqında əmr imzalayıb.
“Gürcüstan silahlı qüvvələrində xidmət etmək layiqli işdir və hamı xidmət etmək istəməlidir. İstəməyənləri isə biz məcbur etməyəcəyik”, – nazirin bəyanatını “Georgia News” portalı iqtibas edir.
Jurnalistlərlə görüş zamanı xanım Xidaşeli qeyd edib ki, Gürcüstan parlamentinin müqaviləli hərbi xidmətə keçmək haqqında qanun qəbul etməməsinə baxmayaraq, onun [nazirin] imzalandığı əmr səbəbilə müvafiq fərman vermək ixtiyarı var.
Eyni zamanda, onu nazir vəzifəsində əvəz edəcək şəxs həmin qərarı dəyişə bilər, nazir Xidaşeli deyib.
Nazir aprel ayında bəyan edib ki, 2017-ci ildən hərbi mükəlləfiyyəti ləğv etməyə hazırdır.
Ötən həftə Litva hakimiyyəti, əksinə, daimi əsasda ümumi hərbi mükəlləfiyyət haqqında qərar qəbul edib.
Bu qərar verilməzdən öncə, keçən il yaranmış “geosiyasi şəraitə” Litvada beş il müddətinə çağırış tətbiq edilib.