Gürcüstan Müdafiə Naziri Levan İzoriya bəyan edib ki, Gürcüstanın müdafiə hazırlığını ilə bağlı ABŞ-la birgə çox ambisiyalı proqrama başlanılır.
Onun sözlərinə görə, bu il Vazianidə ABŞ və Gürcüstanın birgə tikdiyi hərbi hazırlıq mərkəzi açılacaq. Belə mərkəzin analoqu Almaniyada da mövcuddur.
Nazir bildirib ki, bura təkcə təhlükəsizliyin müdafiəsi daxil deyil. İki ölkə arasında münasibətlər Gürcüstanın demokratik inkişafına da xidmət edir.