
Trend RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Batumidə bildirib.
O deyib ki, Gürcüstan viza rejiminin liberallaşdırılmasına dair bütün şərtləri həyata keçirib: “Bu, Gürcüstan höküməti tərəfindən müvəffəqiyyətli reformaların həyata keçirilməsi nəticəsində baş tutub”.
Qeyd edək ki, Y.Han Gürcüstanda iki günlük səfərdədir. Hazırda o Batumidə keçirilən “Gürcüstanın Avropa yolu” beynəlxalq konfransda iştirak edir.