“Gürcü hökümətinin qatarı sürətlə irəli, bizimki isə geriyə gedir”.

“İndiyədək fikirləşirdim ki, hazırkı inkişaf tempi ilə Gürcüstanla Azərbaycan arasında iqtisadi fərqləri daha aşkar formada 2020-ci ildən sonra hiss etmək mümkün olacaq. Amma proses çox sürətlidir: bu fərqləri artıq indidən qabarıq görməyə başladıq” Bunu iqtisadçı-ekspert Rövşən Ağayev yazıb.
Onun sözlərinə görə, 2017-ci il yanvarın 1-dən orta məktəbdə ən az maaş alan praktikant müəllimlərin məvacibi 257 dollar, müəllim mentorların maaşı 414 dollar, aparıcı müəllimlərin əmək haqqı 343 dollar olacaq:
“Gürcü hökumətinin qatarı irəli, bizimki gerigedir”
“Bu hazırkı məzənnə ilə 420-670 Azərbaycan manatına bərabərdir. Azərbaycanda isə orta məktəb müəllimlərinin ən azı 70%-nin əmək haqqı 250 manatdan azdır.
Ortamaaşisə 300 manataçatmır.Başqa bir maraqlı məqamı da deyim: 2017-ci ilin proqnozuna görə Azərbaycanda və Gürcüstanda adambaşına büdcə xərcləri eynidir: təxminən 1000 dollar.
Halbuki 5-6 il öncə Azərbaycanda adambaşına büdcə xərcləri 2500 dollara çatırdı, Gürcüstanda isə 500 dollar ətrafında idi.
Onların hökumətinin qatarı sürətlə irəli, bizimki isə geriyə gedir.Seçkili və xalqın mandatı ilə formalaşan, azad sahibkarlığın dayaq olduğu iqtisadiyyatın fərqi budur”.