“Günmüzün realligi budur ki,hər yerdə yanlış siyasətin nəticələrini görürük”.

 

  Xəbərnamə.info saytının bu dəfə ki, müsahibi “Umid”partiyasının fəalı Ruslan Cavadovla gənclərin mövcud problemlərini müzakirə etmək maraqlı idi.unnamed

Azərbaycan gənclərin işsizlik problemi varimi,bununla bağlı mövcud vəziyyəti necə qiymətləndirsiniz?

Çox təəssüf ki, azrbaycan gəncliyi bütün sferalrda passivdir. Hal-hazirda gənclər arasında biganəlik çox böyük vüsət alıb. Ölkəmizdə işsizlik probleminə bir sistemli elmi yanaşma yoxdur. Birincisi, hökümətin təqdim etdiyi rəqmlərlə, ölkədə olan reallıq fərqlidir. Ali təhsilli gənclərin işsizlik probleminə toxunmaq istəyirəm. Dövlət sifarişi ilə təhsil alan gənclər işlə təmin oluna bilmirlər. Digər tərəfdən tarazlışdırmada ciddi fərq var, ali təhsil alanlara açılan işyerlərinin müqayisə etsək gülməli mənzərə alıncaq. Staitikaya baxaq, hər nə qədər tələbə aili təhsil alır və onlar işlə təmin olunur. Əgər sənin kadra ehtiyacın yox idisə, niyə məcbur edirdin ki, tələbə öz hesabına təhsil alsın, sonra da işsiz qalsın. Təəssüflər olsun ki, bu gün Azərbaycan iqtisadiyyatını 5-6 iri holdinq idarə edir. Onlar bazarda monopolist mövqeyə sahib olduqlarına görə, rəqabət mühiti də yoxdur. Rəqabət mühiti olmadığına görə də ölkədə iş yerlərinin sayı azdır. İşsizlərin sayı isə çoxdur. Tutaq ki, hansısa holdinq fikirləşir ki, mən nə istehsal edirəmsə, onu da satacağam. Mənim üçün hansısa xüsusi bir menecere ehtiyac yoxdur. Onsuz da bu bazar mənə verilib.

Sizcə gənclərin əsas problemləri nədir ibarətdir və bu gün gəncləri hansı məsələr daha çox marağlandır?

Bütün problemlər məhz işsizliklə əlaqədardır. Bu gün işsiz gənc ailə və mülkiyyət sahibi olmur. Texinki imkanların artıdığı bir dövrdə gənclər yaxşi geyimə, gəzəməyə, maşina və sair bu kimi ehtiyacları sahib olmaq istəyir. Əvvəlki illərlə müqayiəsədə bu gün evlənmək arzusunda olan gənclərin sayı əvvəlki illərlə müqayiəsədə daha aşaığı səviyyədədir. Neftin uzuclaşmsının bütün sahələrə təsir edib, artıq sadlıq saraylarında da toy etmək istəyənlərin sayı azalıb…

Sizə bu nə ilə bağldır?

Bilirsiniz bu göstərir ki, ölkə neftdən asılı vəziyyətə düşüb, neft gəlirləri yuksək olanda ölkədə hər hansi sosial və siyasi narazılıq diqqəti cəkmirdi. İndiki dövr, intensiv qərarvermə və prosesləri düzgün qimətləndirmə dövrüdür. Ölkənin həyatında təbii sərvətlər mühüm rol oynasada, hər zaman alternativlər olmaldır. Bizim ölkədə təbii resurslardan idarə olunmasıda strateji olmalı idi. Lakin təəssüflər olsun ki, hakimiyyət hələki bu haqqda düşünmür. Günmüzün realligi budur ki, biz bu yanlış siyasətin nəticələrini görürük.. Hər şeyin sonu oldugu kimi neftində sonu olacaqdır, neftə güvənilən ümidlərdə bitəcəkdir. Ölkənin gələcəyinin təminatı üçün təbii resusrların alternatvində düşünmək lazımdır.