“Gündəm- xəbər” qəzetinin müxbiri məhkəmə zalında həbs olunub.

“Gündəm- xəbər” qəzetinin bölgə müxbiri Məhbub Zülfuqarlı  məhkəmə zalında həbs olunub.

Bu barədə məlumatı  Oktay Gülaliyev öz facebook səhifəsindən yayıb:

“Təəssüf ki, ehtimalımız özünü doğrultdu. İndicə aldığım məlumata görə bu gün İmişli rayon məhkəməsinin qərarı ilə “Gündəm- xəbər” qəzetinin bölgə müxbiri Məhbub Zülfuqarlı məhkəmə zalında həbs olunub. O, rayonda məmur- oluqarx kimi tanınan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub regional idarəsinin rəisi Saleh Səmədov tərəfindən məhkəməyə verilmişdi və onun haqqında Cinayət Məcəĺləsinin 147.1- ci maddəsi ilə cinayət işi açılmışdı”.

Məhbub Zülfuqarlı İmişli rayonunda hökm sürən qanunsuzluq və korrupsiya hallarını kəskin tənqid edirdi. “Kür’ Vətəndaş Cəmiyyətinin fəallarından olub.