Deməli bu gün Xaçmaz rayonunda Nizami Nəcəfov adlı Azərbaycan vətəndaşının məhv edilməsi, yəni güllələnməsi barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatı yayılıb. Birgə məlumatda Nəcəfovun dini ekstremist qrupun üzvü olduğu, silah-sursat və partlayıcı maddələr əldə edərək ölkənin şimal rayonlarında terror aktı törətmək planlaşdırdığı bildirilir. Əgər məlumat doğrudursa bir nəfər terroristi tərksilah etmək, onu sağ ələ keçirmək DTX-nin xüsusi əməliyyat qrupu üçün niyə bu qədər çətin olmalıdır? Axı dövlət terroristlə terrorist kimi rəftar etməməlidir. Axı iddia edilən terrorist sağ ələ keçirilsəydi, ondan üzvü olduğu qrupu fəaliyyəti ilə bağlı daha mühüm məlumatlar almaq daha yaxşı olmazdımı? Bir də hansı istintaq, hansı məhkəmə müəyyən edib ki, Nizami Nəcəfov terroristdir və ölkənin şimal rayonlarında terror aktı həyata keçirməliymiş? Məsələ burasındadır ekstremist, terrorçu, islamçı dini qruplaşmanın üzvü adı altında Azərbaycan vətəndaşlarının belə əməliyyatlarda güllələnib öldürülməsi son vaxtlar adı hal alıb. Nizami Nəcəfov son 6 həftədə DTX və DİN orqanları tərəfində güllələnərək öldürülən 6-cı Azərbaycan vətəndaşlarıdır. Sübut olunmayan ehtimallarla vətəndaşı güllələmək, ekstrimist, terrorist adı altında insanları məhv etmək antikonstitusyon və qanunsuz hərəkətlərdir. Ən dəhşətlisi odur ki, qanunun aliliyinə nəzarət etməli olan Baş Prokurorluq vətəndaşların istintaqsız, məhkəməsiz “məhv edilməsi”, “zərərsizləşdirilməsi” kimi məhvetmə prosesinə bəraət qazandırılması prosesində bilavasitə iştirak edir. Bundan da dəhşətlisi odur ki, bütün bu qanunsuzluqlar Azərbaycan vətəndaşların can güvənliyinə cavabdeh olan İlham Əliyevin gözü qarşısında baş verir və son 6 həftədə 6 insanın güllələnərək məhv edilməsinin məsuliyyəti bilavasitə onun üzərindədir.
Related Posts
Vladimir Jirinovski ” Qoy gəbərsinlər ”
- admin
- 23/03/2016
- 0
Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski Belçikada baş verən terror hadisələrini şərh edərək bildirib […]
Azər Qasımlı: “Müxalifət üç məsələni həll etməlidir”
- admin
- 08/02/2017
- 0
Son illər Azərbaycanda müxalifətin bloklaşmaya, müttəfiqliyə baş vurmaması nələrlə bağlıdır? REAL Hərəkatının İdarə Heyətinin üzvü, […]
A.Merkel Türkiyə-Suriya sərhədinə yollanmağa hazırlaşırlar.
- admin
- 23/04/2016
- 0
Almaniya kansleri Angela Merkel və aparıcı Aİ rəsmiləri miqrantlara dair razılaşmaya dəstək əlaməti olaraq Türkiyə-Suriya […]