“Gülən şəbəkəsi Türkiyə ordusunda kök saldığı kimi, istisna deyil ki, bu şəbəkə Azərbaycan ordusunda da kök salsın”.

Tanınmış politoloq, dövlət başçısı Heydər Əliyevin köməkçisi olmuş Eldar Namazov maraqlı açıqlamalar verib. E.Namazov “Yeni Müsavat” qəzetinə müsahibəsində qeyd edib ki, həmin dövrdə “Gülənçilər”in əsas diqqət göstərdiyi sahə təhsil deyil, ordu imiş.     загружено (1)                                                                                                                         “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, E.Namazovun söylədiklərində birinci diqqət çəkən məqam Azərbaycan hakimiyyətindəki məmurların “Gülən şəbəkəsi”nə yaxın olmaq üçün apardığı mübarizə ilə bağlı dedikləridir. Bunu müəyyən dərəcədə başa düşmək olar. Çünki “Gülən şəbəkəsi” bir vaxtlar faktiki olaraq Ərdoğan hakimiyyəti ilə ortaq olmuşdu: “Dəfələrlə vurğulanıb ki, ”Gülən şəbəkəsi”nin güclü olduğu ölkə Azərbaycan sayılır. Azərbaycanda bu şəbəkənin nəşriyyatı, QHT-ləri, restoranları tikinti şirkətləri var idi. Hamı bilirdi ki, bu şəbəkənin əlində ciddi maliyyə resursu var. Bu şəbəkəyə yaxın olmaq həmin vəsaitə də yaxın olmaq demək idi. Ona görə bunun uğrunda mübarizə gedə bilərdi. Əslində bu, şəbəkənin Azərbaycandakı işini də asanlaşdırırdı. Çünki şəbəkənin kimlərlə işləməyə dair seçim imkanı var idi. Elnur Aslanovun adı çox hallanır. Amma araşdırılmalıdır ki, Elnur Aslanov bu vəzifəyə qədər necə gəlib çıxıb”.

Azərbaycan ordusundan “Gülənçi şəbəkə”ylə bağlı siqnalların gəlməsinə gəlincə isə, E.Şahinoğlu vurğuladı ki, Türkiyə səfirliyində çalışan hərbi ataşelərdən biri Türkiyəyə  qayıtdıqdan sonra “FETÖ” ilə əlaqələrdə ittiham olunaraq həbs edildi: “Bu o deməkdir ki, Gülən şəbəkəsi Türkiyə ordusunda kök saldığı kimi, istisna deyil ki, bu şəbəkə Azərbaycan ordusunda da kök salsın. Əgər Türkiyədən gələn zabitlər bizim kursantlara təlimlər keçiblərsə və onların bir qismi Gülənlə əlaqədə ittiham olunub, deməli, bu məsələ araşdırılmalıdır. Araşdırma aparmadan ”Gülən şəbəkəsi”nin ölkəmizdə kökünün kəsildiyini demək çətin olacaq”.

http://xebername.info/e-namazovazərbaycandaguləncilərin-əsas-diqqət-gostərdiyi-sahə-təhsil-deyil-ordu-idi/