“Görək İlham Əliyev mötəbər tədbirdə dediyi sözün arxasında dura biləcəkmi?”

Ölkə başçısı İlham Əliyev oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə çıxış edib.

Müsavat Partiyası başqanı Arif Hacılı öz facebook səhifəsində İlham Əliyevin çıxışı şərh edərkən bildirib:

İlham Əliyev Avropa İttifaqı Şurası Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunduğunu deyib. A.Hacili-I.Aliyev
“Məhsul” stadionunda keçirilən mitinqləri nümunə göstərib.
Əvvəla, Azərbacan Konstitusiyasına görə vətəndaşların sərbəst toplaşma azadlığı yalnız bir stadionda deyil, qanunla xüsusi qadağan olunmuş ərazilər istisna olmaqla hər yerdə təmin olunmalıdır. 
İkincisi, bir qapıdan, nəzarət altında giriş- çıxışı olan mitinqi açıq hava tədbiri adlandırmaq olmaz.
Üçüncüsü, sərbəst toplaşma azadlığının 4 növü var, mitinq onlardan yalnız biridir.
Dəfələrlə stadion dışında mitinq, yürüş, piket keçirmək üçün müraciətlərimiz qanunsuz olaraq qadağan edilib. Qanuni tədbirlərimiz icazəsiz adlandırılaraq təziqə, zorakılığa, həbslərə məruz qalmışıq.
İndi deyirsiniz sərbəst toplaşma azadlığı təmin edilir ?
Lap yaxşı, “Məhsul” stadionundan kənarda kütləvi aksiya keçirmək üçün müraciət edəcəyik.
Görək İlham Əliyev mötəbər tədbirdə dediyi sözün arxasında dura biləcəkmi?