Braziliyada silahlı bir adam tərəfindən girov alınan bir qadını canı bahasına qurtaran 61 yaşındakı bir evsiz kişi, həyatını itirdi.
Məşhur Sao Paulo Katedralinin qarşısında baş verən hadisədə, 49 yaşındakı təcavüzkarın üzərinə hücum çəkən Francisco Erasmo Rodrigues de Lima, girov qadını xilas edib ,amma, sinəsindən vurulub.
Bədəninə ən az iki güllə tuş gələn Lima, hadisə yerində həyatını itirib. Polis tərəfindən vurularaq öldürülən təcavüzkar Luiz Antonio da Silvanın daha əvvəl 22 il həbsxanada qaldığı ifadə edildi.
https://youtu.be/rRVe77JFJ48
Mətləb BALAKİŞİYEV