Gənc qadın abort zamanı narkozdan öldü

Gəncədəki Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasının ginekologiya şöbəsində ölüm hadisəsi baş verib. Goranboy rayonunun Yolqullar kənd sakini, 1988-ci il təvəllüdlü Gülşən Şəmsəddin qızı Aslanova abot zamanı dünyasını dəyişib.1483533924_narkoza

Bu barədə  G.Aslanovanın yaxınları məlumat veriblər. Ailə üzvlərinin sözlərinə görə, iki uşaq anası olan G.Aslanova həkimin günahı ucbatından əməliyyat zamanı ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlayıb. İş günü olmadığından Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.