Bu gün səhər saatlarında Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Xebername.info Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini, 27 yaşlı Jalə Bayramovavanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub. Bayramova hadisə yerindəcə dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mərhumun iki azyaşlı övladı var.
xebername.info