“Freedom House””-un bəyanatı: Azərbaycanda “repressiv qanunların heç biri ləğv olunmayıb”.

“Freedom House” hüquq-müdafiə təşkilatı iki gənc fəalın həbsi ilə bağlı bəyanat yayıb

Demokratik ölkələr tələb etməlidirlər ki, Azərbaycan fundamental azadlıqlara hörmətlə yanaşsın və vətəndaş cəmiyyətinin azad işləməsinə icazə versin, Freedom House-un yaydığı bəyanatında deyilir.

160511135440_aliyev_monument_2_624x485_bbc_nocreditFreedom House hüquq müdafiə təşkilatı mayın 12-də iki vətəndaş hərəkatı üzvünün həbs olunması ilə bağlı bəyanatında bildirir ki, Azərbaycanda “repressiv qanunların heç biri ləğv olunmayıb”.gencler-heykel

“24 siyasi və dini məhbusu azadlığa buraxandan sonra Azərbaycan hakimiyyəti, görünür, boş qalmış həbsxana kameralarını daha çox azadlıq müdafiəçisi ilə doldurmaq istəyir”, ABŞ-da mənzillənən təşkilatın vitse-prezidenti Robert Herman deyib.

Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılan gənclər, NİDA hərəkatının üzvü Bayram Məmmədov və fəal Qiyas İbrahimov barəsində mayın 12-si 4 aylıq həbs-qətimkan tədbiri seçilib, vəkil deyir.

Onlara qarşı qabqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.

Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin, Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan isə 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib.

Fəalların hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, ittiham sübut olunarsa gəncləri beş ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Hər iki gəncin mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı iddia olunsa da Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə həbslərin onunla bağlı olmasından məlumatlı olmadığını deyib.

Sosial şəbəkələrdə yayılan şəkillərə görə, hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündə yerləşən parkdakı Heydər Əliyevin abidəsinin ətrafına “Qul bayramınız mübarək” şüarı yazılıb.