Fransa və Almaniya Brexit mövzusunda “həmrəydir”

olland-merkelAlmaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland bəyan edib ki, onlar Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək qərarının nəticələrinin öhdəsindən gəlmək üçün “tam razılaşıblar”.

Olland xəbərdarlıq edib ki, “ayrılaraq biz ixtilaf və mübahisələr ilə risk” edirik.

Merkel və Olland “Brexit-dən” sonra diplomatik fəallığın fonunda Berlində danışıqlar aparacaq.

Bazar ertəsi funtun dəyəri düşməyə başlayıb və bazarlar buna reaksiya verib.

Böyük Britaniya maliyyə naziri George Osborne Böyük Britaniyada ticarət əməliyyatlarının başlanmasından əvvəl bazarları sakitləşdirmək üçün bəyanat verib.

O, Britaniyanın gələcəyə hazır olduğunu bildirsə də, iqtisadiyyatın çətinliklərlə üzləşəcəyini də qəbul edib.

Digər hadisələr:

  • Baş nazir David Kameron bazar ertəsi nazirlər kabinetinin iclasını keçirəcək və Böyük Britaniya parlamenti toplaşacaq
  • Kameronun yerinə namizəd kimi görülən “çıxmaq” kampaniyasına rəhbərlik etmiş Boris Conson deyib ki, Britaniya Aİ ilə əməkdaşlığın “intensivləşdirilməsini” davam etdirəcək
  • Böyük Britaniyada müxalifətdə olan Leyboristlərin lideri Jeremy Corbin referendum nəticəsinə görə, istefasına çağırışlar fonunda bildirib ki, hər hansı yeni partiyaya rəhbərlik edə bilər

Bazar günü çıxış edən Olland deyib ki, Böyük Britaniyanın qərarında geri dönüş yoxdur.

“Nə vaxtsa ağlagəlməz olan, indi dönülməz olub”, o qeyd edib.

Kansler Merkel bazar ertəsi Fransa prezidenti Hollande, İtaliyanın baş naziri Matteo Renzi və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku qəbul edəcək.

ABŞ Dövlət Katibi Con Kerri də danışıqlar üçün də London və Brüsseldə olacaq.

Bazar günü Romada çıxış edən Kerri Böyük Britaniyanın qərarından təəssüfləndiyini bildirib, lakin əlavə edib ki, ABŞ Aİ ilə sıx əlaqələri qoruyub saxlayacaq.

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Britaniyanın qərarına baxmayaraq ABŞ və Böyük Britaniya arasındakı xüsusi münasibətlər davam gətirəcək.

İstirahət günlərində Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker bildirib ki, Britaniyanın blokdan çıxarılması prosesi “dərhal” başlamalıdır.

Bir sıra Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri də tezliklə bu prosesin başlanması üçün Britaniyaya çağırış edib.

Britaniya baş naziri David Kameron qeyd edib ki, o, oktyabrda istefa verəcək.

Ötən cümə axşamı keçirilmiş referendum nəticəsi Avropa Birliyinin sarsılmasına səbəb oldu, həmçinin Böyük Britaniya daxilində dərin fikir ayrılıqları olduğunu göstərdi.

Ümumilikdə Britaniyada Aİ-ni tərk etmək üçün seçicilərin 52 faizi, qalmaq üçün isə 48 faizi səs verib. Ancaq Şotlandiyada mənzərə fərqli olub, Aİ-də qalmaq üçün seçicilərin 62 faizi səs verib.

Şotlandiyanın birinci naziri Nicola Sturgeon BBC-ə bildirib ki, Şotlandiya parlamenti Böyük Britaniyanın Aİ-dən çıxışına veto qoya bilər.

O deyib ki, o və onun həmkarları Şotlandiyanın Aİ-də qalması üçün Brüssel rəsmiləri ilə danışıqlara başlayacaq.

Cümə günü xanım Sturgeon təsdiqləyib ki, Şotlandiyanın ikinci müstəqillik referendumu yenidən gündəmə gəlib.