Fotoaparatın işığı körpəni kor etdi

photo_37073Çində 3 aylıq bir körpə, fotoaparatın işıqı üzündən kor oldu.

Çin Kommunist Partiyasının nəşr orqanı “Xalqın Günlüğü”-nün yerini və adını bildirmədən verdiyi xəbərə görə, fotoaparatın işığının açıq olduğunu unudan bir ata, 2.5 metr kənardan oğlunun şəklini çəkməyə çalışıb.
Birdən partlayan flaş işığı ilə ağlayan körpənin, qısa müddət sonra görmə problemi yaşadığı aydın olub. Xəstəxanaya aparılan körpənin gözünün makulasında müayinəsi mümkün olmayan ziyan meydana gəldiyi təsbit edilib. Makula, gözdə işıq şüalarının toplandığı mərkəzdir.
Mütəxəssislər, qısa məsafədən yüksək gücdə işığın körpələrin gözlərinə qalıcı ziyan verə biləcəyi xəbərdar edib. Xüsusilə 4 yaşına qədər uşaqların fotoşəkili çəkilərkən flaş istifadə edilməməsi tövsiyə edilir.

Elnur ORUCLU