Fikrət Fərəməzoğlu.
O, Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu yolu ilə pul tələbetmə) ilə saxlanılıb
İyulun 5-də vəkil Nemət Kərimli jurnalist Fikrət Fərəməzoğluyla görüşüb. Bu barədə vəkil öz Facebook səhifəsində yazıb.
“Bu gün DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində jurnalist Fikrət Fərəməzoğluyla ğörüşdüm, müstəntiq məni ona təqdim etdi. Məlum olmayan səbəblərdən məndən imtina etdi”.
İyulun 4-də Nərimanov rayon Məhkəməsi jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu haqqından 3 ay həbs-qətimkan tədbiri seçib.
Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu yolu ilə pul tələbetmə) ilə saxlanılıb.
Daxili İşlər Naizrliyi iyulun 4-də F.Fərəməzoğlunun həbnsi haqda məlumat yayıb.
“Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini Daxili İşlər Naizrliyinə müraciət edərək İbişbəyli Fikrət Fərəməzoğlunun rəhbəri olduğu “JAM.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində cari ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib. Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli (Fərəməzoğlu) iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq F.İbişbəyli (Fərəməzoğlu) barəsində həbs-qətimkan tədbiri seçilib”,-məlumatda belə deyilir.
DİN-in məlumatında daha sonra iddia olunur ki, ilkin istintaqla F.İbişbəylinin (Fərəməzoğlu) ətrafına bir qrup şəxs toplayaraq çoxsaylı sahibkar və vəzifəli şəxslərin barələrində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alması müəyyən olunub: “Araşdırmalar zamanı adları istintaqa məlum olan ayrı-ayrı vətəndaşlar da F.İbişbəylinin onlara qarşı anoloji cinayətlər törətdiyi barədə müraciətlər ediblər. Hazırda faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.