Kubanın keçmiş lideri Fidel Kastro, Yunanıstan baş naziri Aleksis Çiprası referendumda qazandığı müvəffəqiyyətdən ötəri təbrik etdi.
Kastro, göndərdiyi məktubunda “zəfər” olaraq xarakterizə etdiyi referenduma görə Çiprası təbrik etdi.
Yunanıstanın şəxsiyyətini və mədəniyyətini bütün təhdidlərə qarşı qorumağı bacardığını qeyd etdiyi məktubunda Kastro, bunları yazdı: “Böyük zəfərinizdən ötəri sizləri təbrik edir. Referendum günü bütün inkişafları izlədim. Yunanıstan Kubalılar üçün çox yaxın bir ölkədir.
Yunanıstan bizlərə fəlsəfə, elm, sənət, mədəniyyət sahəsində bir çox miras buraxdı. Ölkən bu qarışıq vəziyyətdə Latın Amerikaya cəsarət dərsi verdi. Xarici təhdidlərə qarşı Yunanıstan öz imicini və mədəniyyətini qorumağı bacardı. Mövcud olan siyasi sistemdə dünyamız, sülh və hamımızın həyatda qalması kimi mövzular incə bir ipə bağlıdı. Bu mövzularda alınan hər qərar çox yaxşı şəkildə analiz edilməli və diqqətli bir şəkildə tətbiq olunmalı. Yoldaş Aleksis Çipras, yolunuzda uğurlar diləyirəm. ”
Mətləb BALAKİŞİYEV