ABŞ prezidentinin Havana Qran Teatrındakı çıxışında “keçmişi unudub, gələcəyə baxaq” və kubalılarla amerikalıları nəzərdə tutan “yoldaş, ailə və qonşu” sözlərinə 89 yaşlı inqilabçı lider rişxənd edərək Kubalıların buna görə “infakt olma” riski qarşısında qaldıqlarını deyib
Obamanın çıxışı zamanı Kuba və ABŞ-ın afro-amerikan köklərinə toxunmasını da tənqid edən Fidel Kastro sərt fikir səsləndirib: “Yerli xalqlar Obamanın havasında heç bir yer tutmur. İrqi diskriminasiyanın inqilabla birgə süpürülüb yox edildiyinə dair Obama bir söz də demədi. Onu deyim ki, biz bütün Kubalıların iş və pensiya hüquqları elan edəndə Obamanın 10 yaşı da yox idi. Qara vətəndaşların (zəncilərin) əyləncə və dövlət ərazilərinə girişinə qoyulmuş iyrənc qadağanı, irqçi burjua vərdişini Kuba inqilabçıları hələ o vaxtlar bu torpaqlardan çıxarıb atıb”.
60 ildən uzun müddətdir ki, Kubaya tətbiq olunan embarqoya da toxunan Kastro, həmçinin 1961-ci ildə xüsusi tutulmuş pullu döyüşçülərin ABŞ-a aid təyyarə və döyüş gəmiləri ilə Kubaya basqın etdiyini və bombardman nəticəsində yüzlərlə insanın həyatını itirdiyini də xatırladıb: