|
||
“Yeni Müsavat” qəzetinin və “APA-Holdinq”in keçmiş əməkdaşı Fərahim İlqaroğlu siyasi sığnacaq almaq üçün Almaniya hökumətinə müraciət edib.
Ailəsiylə birlikdə mühacirətə gedən jurnalist qaçqın düşərgələrinin birində yerləşdirilib.
F.İlqaroğlunun “APA-Holdinq”dən çıxarılıması böyük qalmaqala qalmaqala səbəb olmuşdu.
O, işdən çıxarılmasına səbəb kimi Milli Şuranın 11 sentyabr aksiyası ilə bağlı virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevin yazdığı statusa müxalifyönümlü rəy yazmasını göstərmişdi.
Daha sonra jurnalist işdən çıxarılması ilə bağlı Facebook səhifəsində bunları yazıb: «Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı».(bakipost.az)
|