
Məsələ ilə bağlı qurumla əlaqə saxladıq. Unikal.org-a açıqlama verən ASTF-nın idman işləri üzrə təlimatçısı Zərif Süleymanova həmin stolüstü tennisçinin 2 il bundan öncə milli komandamıza gətirilən çinli Ninq Cinq olduğunu təsdiqləyib. Bildirilib ki, vəsiqə ötən ilin noyabr ayında, Fransada keçirilən beynəlxalq yarışda təmin edilib. Kişilərdən isə hələ ki, olimpiya oyunlarına lisenziya qazanılmayıb. Ancaq qurum rəsmisi məlumat yayarkən əcnəbi idmançının adının açıqlanmamasına səbəbinə cavab verə bilməyib.
Federasiyanın sosial şəbəkədəki rəsmi səhifəsini idmarə edən İT şöbəsindən də suala dəqiq cavab verən olmasa da, “bizə deyilib, həmişə belə yazırıq” deyə bildirildi.
Unikal.org-un əldə etdiyi məlumata görə, Mixail Timofeyevin baş məşqçisi olduğu milli komandalarımızda (qadın və kişi) cəmi 6 çinli idmançı var idisə, indi həmin say artıb. Artıq komandaya daha 3 çinli tennisçi də cəlb olunub. Onlardan biri xanımların millisindədir.