Bir neçə gün qabaq vəzifəsindən çıxarılan sabiq vergilər naziri Fazil Məmmədovla bağlı A24.az saytı yeni məlumatlar əldə edib. Məlumata görə, nazirlikdə sabiq nazirə xüsusi yaxınlığı olan kadrlar da işlərilə vidalaşmaq üzrədirlər.Artıq Məmmədovun müavini, həm də qudası Namiq Əliyev iki gündür işə çıxmır. Vergilər nazirinin müşaviri, keçmiş nazirə xüsusi yaxınlığı ilə seçilən Riyad Hüseynov könüllü olaraq işdən ayrılmaqla bağlı ərizəsini yazıb. Nazirin başqa bir müşaviri, eyni zamanda nazirin qudası Firuz Həsənov da oxşar addım atıb. Yaxın günlərdə onların işdən ayrılması rəsmi təsdiqini tapacaq.Sabiq nazir özü isə hazırda “Yeni Həyat” yaşayış kompleksinə yerləşən ofisində qərarlaşıb.Bu arada Modern.az saytı da sabiq nazirlə bağlı belə bir məlumat yayıb ki, o, vaxtilə Prezident Administrasiyasının şöbə müdiri olmuş Fatma Abdullazadəyə 1 milyon dollar borcu verib, amma hələ də geri ala bilməyib. Məlumata görə, Fatma Abdullazadə PA-da işlədiyi vaxtlarda Fazil Məmmədovdan bu məbləğdə borc alıb və bu günə qədər də həmin borcu qaytarmayıb. Hətta Fatma Abdullazadə vəzifəsindən uzaqlaşdırılandan sonra Fazil Məmmədov nazir olduğu vaxtlarda borcunu geri almağa cəhd etsə də, qarşı tərəf “imkanım yoxdur” deyərək borcu qaytarmaqdan imtina edib.
Related Posts

Son döyüş: Liderlər istefaya gedəcək
- admin
- 12/08/2016
- 0
2017-ci il dünyanın əsas ölkələrində çoxlarının tanıdığı siyasətçilər istefaya gedəcək. Bunu Ukrayna mətbuatına açıqlamasında ekspert […]

“Eldar Mahmudov özünə divident qazanmaq üçün Xədicə İsmayıl və bir sıra şəxsləri həbsə etdirdi”
- admin
- 26/05/2016
- 0
“Eldar Mahmudov özünə divident qazanmaq üçün Xədicə İsmayıl və bir sıra şəxsləri həbsə etdirdi. Bu […]

Xalid NİYAZOV “Xətai RİH başıçısı topuqdan olan ağlı ilə elə bilir ki, başqaları da özü ağıldadır”.
- admin
- 11/10/2016
- 0
İTV-nin aparıcısı, əməkdar jurnalist Xalid Niyazov Xətainin icra başçısı Razim Məmmədovla bağlı sensasion ittihamlar irəli […]