Yanvarın 23-də vəkil Fəxrəddin Mehdiyev “Azadlıq” qəzetinin kommersiya direktoru Faiq Əmirli ilə görüşüb.
Vəkilin sözlərinə görə, Faiq Əmirli həlı azadlıqda olarkən mədə ağrısından əziyyət çəkib və hazırda ağrıları artıb:
“Faiq bəydə mədə xorası olduğu üçün həmişə sulu yeməkdən istifadə edib, amma indi səhhəti kəskinləşib. Ona görə də yediklərini qaytarır”.
Vəkil məhbusun səhhətilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə danışdığını deyir:
“Faiq bəy özü Müalicə Müəssisəsinə keçirilməsini istəmir, çünki orda da həbsxana şəraitindən fərqli vəziyyətlə üzləşmədiyini düşünür. Çünki problem qidalarla bağlıdır. Ona görə Faiq bəyin müayinəsindən sonra onun ev şəraitinə keçirilməsi barədə vəsatət qaldıracam”.
Faiq Əmirli avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin (milli, irqi, dini düşmənçilik salmaq) 283-2-ci maddəsilə ittiham irəli sürülüb. Avqustun 22-də isə 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq) ittiham verilib.
Faiq Əmirli ittihamları qəbul etmir.