İmmiqrantları daşımaq üçün istifadə edilən yeni üsulla ölüm Facebookdan gəlir!
Facebookda ilk baxışda turistik səfərləri xatırladan parlaq reklamlar əslində ölümcül bir tələdir!
Bu səhifəni bəyənndikdən sonra lüks bir səfər edəcəyini sanan immiqrantlar əslindəhəyatlarıyla qumar oynayır.
“Daily Mail”in xəbərinə görə, Suriyalıların Türkiyə üzərindən Avropaya qaçması üçün yeni üsul Facebook üzərində qurulan bu planlardı.
Mühacirlər üçün “etibarlı yol” olaraq verilən səhifələrin elanlarında, London, Paris və Yunanıstana keçmək üçün səfərin lüks yatlarla ediləcəyi inandırılır.
Mühacirlərə yeni bir həyat təqdim etdiyini vəd edən bu səhifələrdə yüz faiz təhlükəsizlik zəmanətinin qarşılığında yüksək məbləğdə pul tələb edilir.
Türkiyə üzərindən ediləcək olan səfərdə iki günlük isə 2 min 500 Sterlinq yəni 4 min 44 manat.
Gerçəkdə isə hər şeyini arxasında buraxan mühacirlərin yük maşınında və botlarla daşınaraq ümidləri qarşılığında həyatları əllərindən alınır.
İstanbul Boğazı və İzmir üzərindən başladılacağı və lüks şərtlər təqdim ediləcəyi vəd edilən bu səfər bir çox immiqrant üçün ölümlə nəticələnir.
Muğlanın Bodrum Mahalında qeyri-qanuni yollardan Yunanıstanın İstanköy adasına keçməyə çalışan qaçaq immiqrantlar ölümü gözə alaraq hər yolu sınayır.
Dəniz yatağı və can qurtaran hava balonları ilə ilə dənizə açılan universitet şagirdi 3 Suriyalı qaçaq immiqrant axarkən, Türk Sahil Təhlükəsizlik qrupları tərəfindən qurtarılıb.
Suriyalı qaçqınların qaçmaq uğrunda ölümlə üz-üzə qaldıqları kadrları sizə təqdim edirik.
Mətləb BALAKİŞİYEV