Lakin ictimaiyyətdə intellektual gənclərin narkotika satışıyla məşğul olmasına görə həbs edilməsi inandırıcı görsənmir. Hər iki gəncin 10 may günü mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul Bayramınız mübarək” yazması səbəbindən cəzalandırılması söylənilir.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin eksperti Fərhad Həsənov baş verənləri bu cür şərh edib: “Qiyas İbrahimov və Bayram Məmmədovun həbsinin siyasi sifariş olması birmənalıdır. Çünki, həmin şəxslər 10 may gül bayramına etiraz etdiklərinə görə cəzalandırılıblar. Həm də həbs edilənlər “Nida” Vətəndaş hərəkatının üzvləri, gənc tələbədirlər və intellektual verilişlərdə iştirak etmiş uşaqlardır. Bu, siyasi hakimiyyətə etiraz və hakimiyyətin adekvat olaraq etirazçını cəzalandırmasıdır”.
Fərhad Həsənov gənclərə işgəncə verilməsinin yolverilməz olduğunu bildirib. “Qiyas İbrahimov məhkəmədə işgəncəyə məruz qaldığını deyib. Bildirib ki, ondan heykəldən üzr istəməsi tələb olunub. Halbuki. Bu cür addımlar və istənilən işgəncə insan haqlarının kobud surətdə pozulmasıdır. Mən mətbuat vasitəsilə işgəncəni sifariş verələrə və həyata keçirənlərə müraciəet edərək bu əməlləri dayandırmağı tələb edirəm”.