Fələstin İsraili BCM-yə şikayət etdi

icc2Fələstin rəhbərliyi, İsrail haqqında hazırladığı şikayət faylını Beynəlxalq Cəza Məhkəməsinə (BCM) verdi.

Fələstin xarici işlər naziri Riyad əl-Maliki, İsrailin Fələstində reallaşdırdığı haqq pozuntularını ehtiva edən cinayət faylını məhkəmənin Haaqa mərkəzində BCM Baş prokuroru fatou Bensoudaya təslim etdi.

Riyad əl-Maliki, baş müstəntiqə verdikləri faylda, İsrail həbsxanalarındakı Fələstinlilər, Yəhudi məskunlaşma yerləri və Qəzza zolağına istiqamətli hücumlara bağlı pozuntular və sənədlərin olduğunu söylədi.

Hazırladıqları faylın məhkəmə tərəfindən təslim alındığını yazan El-Maliki, İsrailin beynəlxalq sahədə mühakimə istədiklərini ifadə etdi.

Fələstinin beynəlxalq mexanizmlərin etibarlığı baxımından test xüsusiyyətində olduğunu və bu testin müvəffəqiyyətsizliyinin dünya tərəfindən qəbul edilə bilməyəcəyini yazan El-Maliki, intiqam deyil ədalət axtarışında olduqlarını dilə gətirdi.

Baş müstəntiq məhkəmə prosesinə bağlı sual vermədiklərini izah edən Əl-Maliki, iki tərəf qruplarının bu çərçivədə davamlı ünsiyyət halında olacağını söylədi.

BCM ilə hər zaman müsbət işə açıq olduqlarına da vurğu edən Əl-Maliki, faylda məhkəmənin ilk etapda özlərindən istədikləri məlumatlara yer verdiklərini bildirib.

Fələstin BCM-yə 1 Apreldə rəsmi olaraq üzv oldu

Birləşmiş Millətlərdə (BMT) 2012-ci ildə “üzv olmayan müşahidəçi dövlət” statusu əldə etdikdən sonra məhkəməyə tərəf olma haqqı əldə edən Fələstin, 1 Aprel 2015-ci ildə BCM-yə rəsmən üzv olmuşdu.

BCM, Fələstinin rəsmi üzvlüyündən əvvəl 16 Yanvar 2015-ci ildə İsrail tərəfindən işlənən döyüş cinayətləriylə əlaqədar erkən istintaq açılmasını qərarlaşdırmışdı.

Baş prokuror fatou Bensouda, söz mövzusu erkən istintaqın, Fələstinin 2 Yanvarda məhkəmənin quruluşuna mənbəyini təşkil edən Roma sazişini imzalaması və 1 Yanvarda isə BCM-yə verdiyi Fələstin torpaqlarında işlənən cinayətlərlə əlaqədar məhkəmənin nüfuzunu 13 İyun 2014 etibarilə qəbul etdiyinə dair bəyanat üzərinə açıldığını açıqlamışdı.

İsrail Xarici İşlər Nazirliyi nümayəndəsi Emmanuel Naxşon, Fələstin rəhbərliyinin İsrail haqqında hazırladığı şikayət faylını Beynəlxalq Cəza Məhkəməsinə (BCM) təqdim etməsinə reaksiya göstərdi.
“Fələstinlilərin bu addımı Beynəlxalq Cəza Məhkəməsinə maniple etmə cəhdindən başqa bir şey deyil” deyən Naxşon, “Ümid edirəm ki, prokurorlar bu tələyə düşməzlər” sözlərini işlətdi.

Mətləb BALAKİŞİYEV