Dünən yerli vaxtla 21:00-dan etibarən başlayan güclü leysan ətrafdakı göl və çayların daşmasına səbəb olub.
Artvinin Arhavi, Hopa və Borçka qəsəbələri sel suları altında qalıb. Hər kv.m üçün 225 kq yağışın düşdüyü qəsəbələrdə su yüksəlib, maşınlar suda batıb, yaşayış məntəqələrində böyük dağıntılar meydana gəlib.
Sel səbəbi ilə 7 nəfər ölüb, 1 nəfər itkin düşüb, 17 nəfər isə yaralı olaraq xəstəxanaya yerləşdirilib.
Hopa bələdiyə sədrinin sözlərinə görə, bu yağış qəsəbədəki son 50 ilin ən güclü təbii fəlakətidir. Bələdiyyə sədri eyni zamanda, yağışın sabah səhərə qədər davam etdirəcəyini ifadə edərək, “Rayon Fəlakət və Təcili Vəziyyət İdarəsinin briqadaları rəhbərliyi altında, xilasetmə və vətəndaşların axtarışınnın durmadan davam etdirildiyini dilə gətirib.
Mətləb BALAKİŞİYEV