Vəkil: ”Mən Elvin Abdullayevin ya azadlığa buraxılacağını, ya da cəzasının qüvvədə qalacağını gözləyirdim”
İyunun 22-də Ali Məhkəmədə AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevin kasasasiya şikayətinə baxılıb. İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən məhkəmədə Elvin Abdullayevin maddəsi dəyişdirilib və cəzası 2,6 ilə endirildi.
Məlumatı Meydan TV-yə verən Elvin Abdullayevin vəkili Əli Mehdiyev bildirib ki, Ali Məhkəmənin qərarı onun üçün gözlənilməz olub: “Mən Elvin Abdullayevin ya azadlığa buraxılacağını, ya da cəzasının qüvvədə qalacağını gözləyirdim”.
Vəkil Avropa Məhkəməsinə şikayət edilib-edilməyəcəyi haqda suala belə cavab verib: “Bu məsələdə Elvin Abdullayevlə məsləhətləşib sonra qərar verəcəyik. Onun mövqeyi olmadan addım atılmayacaq”
Elvin Abdullayev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarıb.
Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternational” Elvin Abdullayevi “vicdan məhbusu” elan edib.