Evsiz vətəndaş: ”Leyla xanım, itiniz olum”

images_cms-image-000042999

 

İstəyirəm mənə də sahib çıxasız, Leyla xanım. Məni də o itlərdən biri hesab edib onların sığınacağına yerləşdirəsiz. İncimərəm sizdən, səmimi sözümdür. Qarşıdan soyuqlar gəlir, küçə həyatı gözümə durub. Bank işçisi sadəlövhlüyümdən istifadə edərək məni küçədə qoyub. Hərraca çıxarılan evimi də özü üçün, ancaq öz qohumunun adına alıb”. Bakı sakini Fatma Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti, prezident İlham Əliyevin qızı Leyla Əliyevaya müraciət edib. O, Leyla xanımdan sahibsiz itlər üçün yaratdığı sığınacağa yerləşdirilməsini istəyib.Fatma Əliyevanın 4 il əvvələdək mənzili olub. O, Meydan TV-yə danışır ki, 24 noyabr 2014-cü ildə “Nikoil Bank”ın 9 saylı filialında kredit mütəxəssisi Azad Abıyevlə 12 min 500 manat məbləğində kredit müqaviləsi imzalayıb. Götürdüyü kreditin əvəzində Bakı şəhəri, Naxçıvanski küçəsindəki birotaqlı mənzili 52 min manat dəyərləndirilərək bank tərəfindən girov götürülüb. 18 gün sonra Fatma xanım filiala ikinci dəfə kredit üçün müraciət edib. Bu dəfə Azad Abıyev ona 3 min manat kredit ayırıb.